Logo

Xaricdə təhsil alanların 25 faizini İKT sahəsi üzrə ixtisaslar təşkil edəcək

22.04.2022 18:29 438 baxış
IMG

"Dövlət proqramı ilə xaricdə təhsil alanların 25 faizini İKT sahəsi üzrə ixtisaslar təşkil edəcək”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində deyib.

O bildirib ki, son illər İKT ixtisaslarına bakalavr səviyyəsinə qəbul bir neçə dəfə artıb:

“Müəllimlik ixtisası son illər İKT bacarıqlarını özündə ehtiva edir. Biz işimizi 3 böyük istiqamətə bölürük. İlk növbədə hər bir vətəndaşın bacarmalı olduğu rəqəmsal bacarıqlara yiyələnməlidir. Rəqəmsal bacarıqlar layihəsi 6 ildir, tətbiq edilir və 200 minə yaxın şagirdi əhatə edir".

Nazir qeyd edib ki, ötən il və bu il məktəblərə verilən kompüterlərin sayına görə 6 uşağa 1 kompüter sayına gəlib çatacağıq:

"Bu da inkişaf etmiş ölkələrin səviyyəsi ilə eynidir. Digər layihə STEAM layihəsidir. 300-dən artıq məktəbdə bu layihə təşkil edilir. Üçüncü istiqamət isə istedadlı şəxslərin tapılması və onlarla işin qurulmasıdır. Dövlət proqramı ilə xaricdə təhsil alanların 25 faizini İKT sahəsi təşkil edəcək”.

Xəbər lenti