Logo

Təhsil naziri: "İT ixtisaslarına qəbul 1964 nəfərdən 3750 nəfərə çatıb"

22.04.2022 18:34 544 baxış
IMG

“İlk dəfə Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidməti Akademiyasında tədris olunmağa başlanan informasiya təhlükəsizliyi ixtisası daha 3, növbəti tədris ilindən isə 11 ali təhsil müəssisələrində ixtisas kimi tədris olunacaq”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində deyib.

Onun sözlərinə görə, burada keyfiyyəti təmin etmək üçün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları, Təhsil Nazirliyi və beynəlxalq ekspertlərlə yeni tədris proqramının yaradılmasının üzərində işləyirik.

Nazir, həmçinin bildirib ki, son illərdə bakalavr səviyyəsində 2017-2018 təhsil ilindən 2022-2023-cü il təhsil ilinə İT ixtisaslarına qəbul 1964 nəfərdən 3750 nəfərə çatıb:

“Dövlət sifarişli yerlər 670 nəfərdən 2500 nəfərə çatıb. Bu isə təqribən dörd dəfəyə yaxın artım deməkdir. Bu istiqamətdə bizim işlərimiz davam edəcək. Magistratura səviyyəsində də oxşar dəyişikliklər var. Ümumi yerlər 370-dən 1083-ə, dövlət sifarişli yerlər isə 195-dən 720-yə qədər artıb”.

Xəbər lenti