Logo

Sosial media marketinqi üzrə təlimə elektron ərizə qəbulu sabah yekunlaşır

23.04.2022 12:47 360 baxış
IMG

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək sosial media marketinqi üzrə təlimə ərizə qəbulu sabah yekunlaşır.

Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.

Bildirilib ki, 2 ay davam edəcək təlimdə iştirak üçün elektron ərizələr aprelin 24-dək qəbul olunacaq. Təlimə orta ixtisas təhsili, peşə təhsili və ya ali təhsil alan tələbələr və məzunlar müraciət edə bilərlər. Təlimi uğurla bitirən şəxslərə sertifikat təqdim ediləcək. Seçim üçün qeyd olunan sahə üzrə təcrübə və ya biliklərin olması üstünlük hesab edilir.

Təlimə seçilmiş şəxslər sosial şəbəkələrdə səhifələrin düzgün və cəlbedici formada yaradılması və doğru tərtibatı, sosial mediada doğru məzmunun yaradılması və idarə edilməsi, “copywriting”, sosial media üçün yardımçı platformalardan istifadə, vizual materialların hazırlanma qaydaları və s. kimi bacarıqlara yiyələnəcəklər.

Xəbər lenti