Logo

Bakıda sinif yoldaşını bıçaqlayan məktəbli HAKİM QARŞISINDA

23.04.2022 13:09 657 baxış
IMG

Bakıda sinif yoldaşını öldürməyə cəhdə təqsirləndirilən N.Fərhadovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rasim Sadıxovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə bu il yanvar ayının əvvəlində Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, rayon ərazisində 17 və 18 yaşlı gənclər arasında bıçaqlanma ilə nəticələnən mübahisədə 17 yaşlı C.Həsənov xəsarət alıb. Kəskin qan itirmədən ağırlaşan C.Həsənova xəstəxanada polis əməkdaşları tərəfindən qan verilməklə onun həyatı xilas edilib. Fakt üzrə Səbail Rayon Polis İdarəsində cinayət işi başlayıb, istintaq hərəkətləri aparılıb. C.Həsənova bədən xəsarəti yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü N.Fərhadov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib. Daha sonra N.Fərhadovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, hər iki şəxs Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin 11a sinif şagirdləridir.

Xəbər lenti