Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) tələbələrin rəsm və heykəltaraşlıq əsərlərindən ibarət sərgi keçirilib.
ADRA-dan bildirilib ki, nümayiş olunan əsərlərin akademiyanın professor-müəllim heyəti tərəfindən qiymətləndirilməsi və rəy bildirilməsi nəzərdə tutulduğu üçün sərgi dörd mərhələdən ibarət olacaq.
Sərginin birinci mərhələsində akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər. ADRA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru Xalq rəssamı, professor Fuad Salayev tələbələrlə fikir mübadiləsi aparıb, onlara uğurlar arzulayıb.