Rusiyanın Tver şəhərində Hərbi Kosmik Müdafiə Qüvvələrinin Mərkəzi Elmi-Tədqiqat İnstitutunda baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə TASS öz mənbəsinə istinadən məlumat yayıb. Hadisə yerindən daha 5 nəfərin meyiti aşkarlanıb.
Qeyd edək ki, aprelin 21-də baş verən yanğında 6 nəfərin öldüyü, 24 nəfərin isə xəsarət aldığı bildirilib. Yaralılardan 13 nəfəri xəstəxanaya yerləşdirilib.