Logo

Bakıda Beynəlxalq Caz Günü keçiriləcək

25.04.2022 10:25 419 baxış
IMG

2012-ci ildən etibarən UNESCO-nun sülhməramlı səfiri, Hörbi Hənkok Caz İnstitutunun rektoru, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü altında UNESCO-nun təşkilatçılığı altında 30 aprel tarixində “Beynəlxalq Caz Günü” qeyd olunur.

Tehsil.biz xəbər verir ki, keçirildiyi ilk ildən etibarən Azərbaycan bu ümumdünya əhəmiyyətli caz hadisəsinə qoşulmuş və 2012-ci, 2015-ci illərdə bu beynəlxalq caz forumunda iştirak etmişdir. Ənənənin təşəbbüskarı olan H.Hənkok Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İsfar Sarabskini forumun ilk keçirilişinə rəsmi dəvət edərək, onu “H.Hənkokun dostları” Cəmiyyətinə daxil etmişdir. 2015-ci ildə Parisdə baş tutmuş Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, respublikanın əməkdar artisti Ruslan Hüseynov, Elvin Bəşirov və xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil etmişdir.

2017-ci ildən etibarən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra şirkətlər qrupunun təşkilatçılığı altında Bakı şəhərində Beynəlxalq Caz Günü qeyd olunur.

Bu il  də beynəlxalq caz hadisəsinə qatılmaq məqsədilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı altında 29 aprel-02 may 2022-ci il tarixlərində paytaxtımızın Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı, Beynəlxalq Muğam Mərkəzi kimi konsert zallarında Beynəlxalq Caz Günü çərçivəsində Azərbaycan cazmenlərinin iştirakı ilə tədbirlər silsiləsi keçiriləcək.

Xəbər lenti