Aprelin 22-də Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin ikinci kurs tələbələrinə "Şuşa ili çərçivəsində həyata keçirilən layihələr və mediada təbliğatı" mövzusunda mühazirə keçib.
Tehsil.biz xəbər verir ki, cari ildə Şuşa ilə bağlı gerçəkləşən və planlaşdırılan layihə və tədbirlər barədə geniş təqdimatla çıxış edən M. Qafarzadə həmçinin media ilə əməkdaşlıq, ictimaiyyətə düzgün və şəffaf informasiyanın çatdırılması mövzusunda bir sıra məqamlara toxunub.
Mühazirə tələbələrin suallarının cavablandırılması və bir sıra məsələlərin müzakirələri ilə davam edib.