17 yaşadək yeniyetmə idmançılar arasında sərbəst və Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçirilib.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin yarışlara qatılan “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvləri və uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları sərbəst güləş üzrə 4 qızıl, 2 gümüş, 4 bürünc, Yunan-Roma güləşi üzrə isə 6 qızıl, 4 gümüş, 4 bürünc olmaqla, ümumilikdə 24 medal qazanıb.