14 yaşlı Vəfalı Quliyev kəskin leykozdan əziyyət çəkir və sümük iliyi transplantasiyasına ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun ailəsi məlumat verib.
Bildirilib ki, 8-ci sinif şagirdi olan Vəfalı B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır.
Yeniyetmənin atası Səfalı Quliyevin sözlərinə görə, oğlunun müalicəsi üçün 69 500 dollar (118 150 manat) pul lazımdır:
“İmkanlı şəxslərdən xahiş edirik ki, övladımızın sağalması üçün bizə kömək etsinlər”.