Sankt-Peterburqda Rusiya Elmlər Akademiyası Sankt-Peterburq Tarix institutu və Peterburq İudaika İnstitutunun birgə təşkilatçılığı ilə onlayn formatda “Yəhudilər dünya tarixi, mədəniyyət və siyasətində” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbirdə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Emin Dadaşov və şöbənin elmi işçisi Fuad Ağayev “XX əsrin birinci yarısında Bakı şəhərində kredit-maliyyə sisteminin inkişafında yəhudilərin roluna dair (Rusiya-Asiya bankının Bakı bölməsinin əməkdaşları – yəhudilərin fəaliyyəti barədə yeni məlumatlar)” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzədə Milli Azərbaycan Tarixi Muzeyinin zəngin fondlarında qorunan sənədli mənbələr və fotomateriallar əsasında XX əsrin əvvəllərində Bakı şəhərində yəhudi icması nümayəndələrinin kredit-maliyyə və bank sahəsinə verdiyi töhfələr haqqında məlumat verilib.
Sonra suallar cavablandırılıb.