"Ölkədə təhsil sistemi XXI əsrin çağırışlarına cavab verən sistemə çevrilib".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
O bildirib ki, Azərbaycanda kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi kadr potensialına ehtiyac var:
“Azərbaycanda peşə təhsilinin inkişafı üçün yeni Agentlik və Fond yaradılıb. Azərbaycanda kənd təsərrüfatı, sənaye kimi sahələrdə ciddi kadr potensialına ehtiyac var. Bunun üçün peşə təhsilli gənclərin sayı artırılmalıdır. Hazırda əmək bazarında tələb olunan müxtəlif peşələr üzrə Bərdə Peşə Liseyində hər cür şərait yaradılıb. Lakin peşə təhsilini aldıqdan sonra gənclər işlə təmin edilmir. Bunun üçün aidiyyəti işlər görülməli, işəgötürənlərlə görüşlər keçirilməlidir. Peşə liseyin rəhbərləri bu məsələdə maraqlı tərəf kimi çıxış etməlidir. Bilirsiniz ki, azad edilmiş ərazilərdə də Böyük Qayıdışın reallaşması üçün gec-gündüz demədən işlər həyata keçirilir. Peşə təhsili gənclər bu işlərə öz töhfəsini verə bilər”.
Fəqan Əzimli