Yasamal rayonu ərazisində yerləşən ali təhsil müəssisələri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışın təşkilatçıları Yasamal Rayon İcra Hakimiyyəti, Yasamal rayon Gənclər və İdman İdarəsi və YAP Yasamal rayon təşkilatıdır. Bakı Dövlət Universitetinin şahmat komandası yarışın qalibi olub.
Qeyd edək ki, turnirdə BDU-nun komandası ilə yanaşı, Memarlıq və İnşaat Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Texniki Universiteti və Yasamal rayonu ərazisində yerləşən digər ali təhsil müəssisələrinin komandaları iştirak ediblər.