Logo

Nazir: "Pandemiya təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib"

26.04.2022 18:30 473 baxış
IMG

“Azərbaycanda pandemiya şəraiti təhsil sisteminə uzunmüddətli mənada mənfi təsir edib”.

Tehsil.biz xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Nazir bildirib ki, ucqar kəndlərdə internetə çıxışı olmayan təhsil alanlar üçün pandemiyanın yaratdığı problemləri uzun müddət görəcəyik:

“Təbii ki, beynəlxalq qiymətləndirmə sistemi var. Qiymətləndirmə zamanı pandemiyanın təhsilə təsirini daha dəqiq biləcəyik. Təhsil sistemi olaraq lazımi çağırışlara öhdəsindən gələ bildik. Əsas səbəb müəllimlərin fədakarlığı, eləcə də valideynlərlə əməkdaşlıq, həm də təhsilalanların prosesdə aktiv iştirak etməsi idi".

Xəbər lenti