Logo

Anar Kərimov bir sıra mədəni və dini abidələrdə olub - FOTOLAR

26.04.2022 18:59 401 baxış
IMG

Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyətinin növbəti baş çəkdiyi məkan Ordubad Cümə Məscidi olub.

Tehsil.biz xəbər verir ki, Anar Kərimova Ordubad şəhərindəki qədim Cümə məscidində aparılan bərpa işləri barədə məlumat verilib. Bildirlib ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır və bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Anar Kərimov səfər çərçivəsində 1982-ci ildə fəaliyyətə başlayan Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyinə baş çəkib. Muzey 1990-cı ilin may ayından etibarən XVII əsrə aid tarixi-memarlıq abidəsi olan “Qeysəriyyə” binasında fəaliyyətini davam etdirir. 2011-ci ildə muzeyin yerləşdiyi “Qeysəriyyə” binası əsaslı şəkildə bərpa olunub. 150 eksponatla fəaliyyətə başlayan Tarix-Diyarşünaslıq muzeyində hazırda 4 mindən artıq  eksponat mühafizə və nümayiş olunur. Muzeydə Ordubadın qədim tarixini, zəngin mədəniyyətini, özünəməxsus adət ənənələrini özündə əks etdirən və bu yurdun yetirdiyi tarixi şəxsiyyətlər barədə eksponatlar ziyarətçilərin böyük marağına səbəb olub.

Nazirliyin nümayəndə heyəti daha sonra Azərbaycan elminin görkəmli nümayəndələrindən biri, dünya şöhrətli kimyaçı alim Yusif Məmmədəliyevin həyat və fəaliyyətini əks etdirən ekponatların toplandığı Ev Muzeyini ziyarət edib. Bildirilib ki, ev muzeyi 1975-ci ildə ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi naliyyətlərinin uğuru nəticəsində Akademikin 75 illiyi münasibətilə Ordubadda yaradılmışdır. Ziyarət zamanı mədəniyyət nazirinin müavini, Yusuf Məmmədəliyevin qızı Sevda Məmmədəliyeva Akademikin uşaqlıq, tələbəlik illəri, həyat və yaradıcılığı, elmi araşdırmaları barədə məlumat verib.

Anar Kərimov məscidlərlə zənginliyi cəhətdən nəinki Naxçıvan bölgəsində, bütövlükdə Azərbaycanda əvvəlinci yerlərdən birini tutan Ordubad şəhərinin əsas məscidlərindən biri olan Sərşəhər məscidinə də baş çəkib. Həmçinin Naxçıvanın incilərindən sayılan XVII əsrdən yadigar qalan Sərşəhər çeşməsi və Xan Kəhrizi də ziyarət olunan məkanlar sırasında yer alıb.

Nazirin Naxçıvana rəsmi səfəri “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Azərbaycan orta əsr memarlığının ən qiymətli yadigarlarından biri olan Qarabağlar Türbə Kompleksinə ziyarəti ilə yekunlaşıb.

Xəbər lenti