ASAPES Karyera mərkəzi və Azərbaycan Basketbol Federasiyasının birgə təşkilatçılığı ilə bakalavr səviyyəsində təhsil alan tələbələr üçün basketbol üzrə hakimlik kursuna start verilib.
Tehsil.biz xəbər verir ki, 28 ixtisasçı tələbə aprelin 18-dən etibarən 1 ay ərzində onlayn (I, III günlər) və əyani olaraq (hər şənbə) kursda iştirak edəcəklər.
Basketbol üzrə beynəlxalq dərəcəli hakim Ələkbər Həsənov tərəfindən aparılan kursun əsas məqsədi tələbələrə yeni peşənin sirrlərinə yiyələnməyə kömək etməklə yanaşı hakimlik qaydalarının incəliklərini aşılamaq, oyunlar zamanı epizodları düzgün qiymətləndirmək, eləcə də yerli peşəkar mütəxəssislərin sayının artırılmasına töhfə verməkdir.
Nəzəri və praktiki hissədən ibarət olacaq kursu uğurla bitirən tələbələr Federasiya tərəfindən sertifikatla təltif olunacaqlar.