Logo

Bakı Ali Neft Məktəbinin rektorundan bayram təbriki - "Əziz BANM ailəsi, dəyərli dostlar..."

30.12.2020 17:31 774 baxış
IMG

Əziz BANM ailəsi, dəyərli dostlar, 

 

Yola salmaqda olduğumuz 2020-ci il dünya və ölkəmiz üçün yeni tendensiyaların formalaşdığı mübarizə ili oldu. Bu il ölkəmizin çox əsrlik tarixinə ən şanlı il kimi həkk olundu.İşğal olunmuş torpaqlarımızın azad olunması uğrunda haqq mübarizəsinin qalibi olaraq bütün dünyaya müzəffər sərkərdə, şanlı ordu və qəhrəman xalq nümunəsi nümayiş etdirdik.  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müdrik daxili və xarici siyasət, ən müasir texnika və döyüş taktikası olan ordu, şəhidlik zirvəsinə ucalan, sağlamlığını itirən övladlarımız sayəsində hər bir azərbaycanlı illərdir arzusunda olduğu Qarabağa qovuşdu. 

 

Bu il  bütün dünya kimi biz də ən az Ermənistan kimi mənfur daha bir düşmənlə mübarizədəydik. Əminəm ki, bütün dünyanı ağuşuna alan “COVID-19” bəlasından xilas olacağımız günlər də çox uzaqda deyil. 

 

Bütün bunların fonunda Bakı Ali Neft Məktəbi (BANM) olaraq peşəkar, yüksək intellektual kadr hazırlığı missiyasını bu il də uğurla davam etdirmişik. Yeni – distant təhsil formasına keçid prosesində BANM ölkə təhsil sistemində rəqabətə davamlılığı və yüksək nəticələriylə fərqlənib. Fərqli təhsil konsepsiyası, əldə olunan uğurlar Ali Məktəbimizin təhsil müəssisələri və cəmiyyət arasında nüfuzunun artmasına da öz töhfəsini verib. 

 

Heç şübhəsiz ki, əldə olunan uğurlarda Sizin də əməyiniz əvəzsizdir. Göstərdiyiniz həmrəylik və peşəkarlıq üçün hər birinizə təşəkkür edir, birgə yeni nailiyyətlər arzulayıram.

 

Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə sizi və ailənizi təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıram! 

 

Bayramlarınız mübarək!

 

Dərin hörmətlə,

 

Elmar Qasımov
Bakı Ali Neft Məktəbinin rektoru

Xəbər lenti