Xəbər verdiyimiz kimi, ötən gün Bakı şəhər Nəsimi rayonunda intihar edən 8 yaşlı məktəbli təcili tibbi yardımla Kliniki Tibbi Mərkəzə aparılıb.
"Tehsil.biz"in məlumatına görə, mərkəzin ictimaiyyətlə əlaqələr şöbəsinə rəhbəri Elnur Hidayətoğlu “Kriminalqafqaz”a bildirib ki, azyaşlı xəstəxanaya çatdırılanda artıq ölüb:
“Ötən gün təxminən saat 16:00 radələrində 2 saylı təcili tibbi yardım maşını ilə 2014-cü il təvəllüdlü uşağın meyidi Kliniki Tibbi Mərkəzə gətirilib. Yəni təcili tibbi yardım maşınına baxış zamanı məlum olub ki, artıq uşağa hər hansı tibbi müdaxilə üçün zaman qalmayıb. Uşağa stranqlasion asfiksiya diaqnozu qoyulub. Bu boğulma deməkdir. Hadisə ilə bağlı dərhal akt tərtib olunub. İnzibati orqanların göndərişi gəldikdən sonra meyit məhkəmə tibbi ekspertizaya göndərilib”.
Həmçinin oxuyun: Bakıda 8 yaşlı məktəbli intihar etdi