Kürdəmir Regional Mədəniyyət İdarəsində 2022-ci ilin Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən “Şuşa İli” elan edilməsi ilə bağlı tədbirlər davam etdirilir.
Bu barədə "Tehsil.biz"ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 26-da “Şuşa İli”nə həsr olunmuş “Anadır arzulara hər zaman Qarabağ” şüarı ilə həyata keçirilən Regional Xor Müsabiqəsinin seçim mərhələsi başa çatdı. Xocavənd rayon Uşaq Musiqi Məktəbində keçirilən mərhələdə xor kollektivləri çıxış etdilər. Müsabiqədə ümumilikdə 14 uşaq musiqi, incəsənət məktəbi iştirak edib.
Müsabiqənin yekun nəticələri aşağıdakı kimidir:
I yer - Kürdəmir rayon Uşaq İncəsənət Məktəbinin xor kollektivi
II yer - Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi
III yer - Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbinin xor kollektivi
Fərqlənən xormeysterlər:
Füzuli rayon S. Şuşinski adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi – Asudə Allahverdiyeva
Beyləqan rayon Niyazi adına Uşaq Musiqi Məktəbi – Leyla Haqverdiyeva
Füzuli rayon Mahmudlu 1 Uşaq Musiqi Məktəbi – Sakit Muradov
Fərqlənən konsertmeysterlər:
Füzuli rayon Böyük Bəhmənli kənd Uşaq Musiqi Məktəbi – Əvəz İsmayılov
Xocavənd rayon Tuğ kənd Uşaq Musiqi Məktəbi - Ceyhun Qurbanov
Qeyd edək ki, müsabiqənin münsifləri tanınmış musiqiçilərdir. Komissiyanın sədri Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri və dirijoru, Xalq artisti Gülbacı İmanovadır. Həmçinin Dövlət Uşaq Filarmoniyasının direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva və Bakı Musiqi Akademiyasının xor dirijor kafedrasının müəllimi Aysel Əsədova da münsiflər sırasında yer almaqdadır.
Müsabiqənin qalibləri 30 apreldə keçiriləcək tədbirdə mükafatlandırılacaq.