Logo

Xalq Təhsili Muzeyinin 90 illiyi qeyd olunub - FOTO

27.04.2022 18:29 703 baxış
IMG

Aprelin 27-də Xalq Təhsili Muzeyinin 90 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə açan təhsil naziri Emin Əmrullayev muzeyin Azərbaycanın təhsil tarixindəki əhəmiyyəti rolundan söz açıb. Muzeyin bu günədək qorunub saxlanılması istiqamətində görülən işlərdən danışan təhsil naziri muzeyin əməkdaşlarının məsuliyyətli, eyni zamanda müqəddəs bir işlə məşğul olduğunu bildirib.

Təhsil naziri Emin Əmrullayev onu da qeyd edib ki, muzey təkcə eksponatlardan ibarət deyil, həmçinin təhsil tariximizi araşdıran bir mədəniyyət ocağıdır.

Nazir çıxışının sonunda muzeyin kollektivini təbrik edib, fəaliyyətlərini uğurlu qiymətləndirib. 

Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova da çıxışında ölkəmizdə muzey işinin yaxşılaşdırılmasına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Lalə Bayramova muzeydə olan minlərlə dərslik, metodik vəsait və digər eksponatların sənədli filmlərin çəkilişlərində, araşdırmalarda istifadə olunduğunu qeyd edib. 

Daha sonra muzeyin Ekspozisiya şöbəsinin əməkdaşı Aliyə Mustafayeva "Xalq Təhsili  Muzeyinin yaranma tarixi və fəaliyyəti" mövzusunda məruzə edib. 

Çıxış edən digər qonaqlar da muzeyin tarixindən və əhəmiyyətindən söz açıblar. 

Tədbirin sonunda Xalq Təhsili Muzeyinin əməkdaşlarına təltiflər təqdim edilib. 

Xəbər lenti