Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan fakültənin dekan müavini Məhəmməd Məhərrəmov Həmrəylik gününün əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının dünya azərbaycanlılarının həmrəyliyindəki əhəmiyyətindən danışlb. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsinin ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, birləşmək, bir və həmrəy olmasında böyük rol oynadığını vurğulayıb. Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bu mübarizədə də birlik, həmrəylik nümayiş etdirdiyini qeyd edib.
Tədbirdə çıxış edən fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Günel Əliyeva Həmrəylik günü ilə əlaqədar dövlətimizin bu istiqamətdə gördüyü işlər haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda mövzu ətrafında tələbələrin çıxışları dinlənilib.