Bakı Xoreoqrafiya Akademiyası (BXA) orta ixtisas təhsil pilləsinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında buraxılış hesabat konserti keçirilib.
Tehsil.biz xəbər verir ki, konsertdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri, Xalq artisti Polad Bülbüloğlu, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Xalq artisti Roza Cəlilova və digər mədəniyyət və ictimaiyyət nümayəndələri, gənc fəallar, media nümayəndələri və tələbələr iştirak ediblər.
Buraxılış hesabat konsertində BXA-nın tam orta təhsil pilləsinin şagirdlərinin ifasında F.Mendelsonun Marş “Polonez”(müəllim: Əməkdar müəllim Aqallıyay Pellumb), klassik bölmənin məzunu Fərəh Əzimlinin ifasında L.Delibin “Vals”( məllim: Əməkdar artist Rimma İskəndərova), klassik bölmənin məzunları Şahanə Cəfərova və Mansur Məmmədovun ifasında F.Burqmüllerin R.Driqo “Jizel” baletinden Pa De Deux ( müəllim: Əməkdar artist Rimma İskəndərova, Zaur Fətulla), klassik bölmənin məzunu Aliyə Salahovanın ifasında B.Asafyev “Baxçasaray fəvvarəsi” baletindən Zaremanın monoloqu (müəllim: Əməkdar artist Rimma İskəndərova), klassik bölmənin məzunu Aslanə Əliyevanın ifasında R.Qliyerin “Qırmızı Lalə” baletindən Tao Xoa variyasiyası (müəllim: Əməkdar artist Rimma İskəndərova), qızlardan ibarət xalq bölməsinin I, II, III kurs tələbələri, solist Aysun Naibovanın ifasında E.Mansurovun “Qaval ilə rəqs” (müəllim: Əməkdar artist Səbinə Qasımova), klassik bölmənin məzunları Məryam Şabakayeva, Rəşad Rəhimovun ifasında P.Çaykovskinin “Yatmış gözəl” baletindən Pas De Deux (müəllim: Əməkdar artist Rimma İskəndərova, Zaur Fətulla), klassik bölmənin məzunlarının ifasında P.Çaykovskinin “Sonalar gölü” baletindən İspan rəqsi (müəllim: Zaur Fətulla), xalq bölməsinin məzunları Aysun Naibova, Nəzrin Qurbanzadə və Fidan Daşdəmirovanın ifasında E.İbrahimovanın “Sən yadıma düşəndə”( müəllim: Əməkdar artist Səbinə Qasımova), klassik bölmənin məzunları Səbinə Məmmədova və Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti, 2005-ci il məzunu, Əməkdar artisti Makar Ferştandtın ifasında A.Adan “Jizel” baletindən Pas De Deux (müəllim: Əməkdar artisti Rimma İskəndərova), klassik bölmənin məzunu Aslanə Əliyeva və bakalavr təhsil pilləsinin tələbələrinin ifasında “Qaytağı” rəqsi (müllim: Xalq artisti Cəmilə Bayramova), oğlanlardan ibarət xalq bölməsinin I, II, III kurs tələbələri, solist Zeynal Abasovun ifasında “Şələqoy” rəqsi (müəllim: Tuncay Hüseynov), xalq bölməsinin II, III kurs tələbələrinin ifasında Korea rəqsi (müəllim: Əməkdar artist Viktoriya Şahmuradova), klassik bölmənin məzunu Səbinə Məmmədova və SSR-i Xalq artisti, professor Leyla Vəkilovanın 1996-cı il buraxılışının tələbəsi, Əməkdar artist Samir Səmədovun ifasında Dyuk Ellingtonun “Mənim ol” (quruluşçu xoreoqraf: Əməkdar artist Tamilla Məmmədova), xalq bölməsinin II, III kurs tələbələrinin ifasında “Türk rəqsi” ( müəllim: Əməkdar artist Viktoriya Şahmuradova), klassik bölmənin məzunu Nərgiz Abdullayeva, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının Solisti, 2012-ci il məzunu Timur Oduşev və tam orta təhsil pilləsinin şagirdlərinin ifasında L.Minkusun “Don Kixot” baletindən Qrand Pas (müəllimlər: Əməkdar artisti Rimma İskəndərova və Əməkdar mədəniyyət işçisi Lyudmila Qutlyanskaya), xalq bölməsinin I, II, III kurs tələbələrinin ifasında V.Adıgözəlov, S.Ələsgərov “Bayram suitası” (müəllim: Tuncay Hüseynov), klassik bölmənin I, III kurs tələbələri, solistlər məzun Nərgiz Abdullayeva və I kurs tələbəsi Teymur Nurməmmədovun ifasında S.M.Braverinin “Nəbz” və “Müasir rəqs” kompozisiyası (müəllim: Yelena Çernousova) xalq bölmənin I, II, III kurs tələbələrinin ifasında Ü.Hacıbəylinin “Koroğlu” (müəllim: Xalq artisti Yusif Qasımov) rəqsləri ifa edilib. Konsertin bədii rəhbəri, BXA-da rektor vəzifəsini müvəqqəti icra edən, Əməkdar artist Nailə Məmmədzadədir.
Qeyd edək ki, konsert izləyicilər tərəfindən böyük anşlaqla keçib.