Logo

Təhsil naziri bağçalarla bağlı yeniliklərdən danışdı

28.04.2022 18:18 486 baxış
IMG

“Bağçalarla bağlı bir neçə istiqamətdə işlərimiz davam edir”. 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. 

Nazir bağçalara qəbulla bağlı görülən işləri nəzərə çatdıraraq, elektron sistemin qurulmalı olduğunu bildirib:

“Əsas hədəf sentyabra kimi iki prosesi mərkəzlədirilmiş qaydada həyata keçirməkdir. İlk olaraq məktəbəqədər təhsil müəssisələri və ya bağçalara uşaq qəbulunun mərkəzləşmiş qaydada elektron formada həyata keçirilməsidir. Bunun üçün ilk növbədə ölkədə məktəbəqədər təhsil müəssisələrinin elektron informasiya sistemi qurulmalıdır ki, biz bunu həyata keçirə bilək. Əks halda bu mümkün olmayacaq. Bununla bağlı işlərimiz intensiv olaraq davam edir. İkincisi isə tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da elektron sistem qurulmalıdır ki, biz vakansiyaları daha tez şəkildə çıxara, saya bilək”.

Bundan başqa, Emin Əmrullayev bağçalarda həyata keçirilən monitorinqlərdən danışıb:

“Hazırda məktəbəqədər təhsil müəssisələrində monitorinqlərimiz davam edir. Çünki biz diaqnostika aparıb ümumi situasiyanı başa düşməliyik ki, hansı müdaxilələr etməyimiz daha doğru olar bilər. Monitorinqlərdə əsas məqsəd məktəblilərin qidalanması, şagird davamiyyəti, müəllimlərin davamiyyəti, məktəbəqədər təhsil müəssisəsi rəhbərlərinin verilmiş normalara əməl etməsidir. Bu müəssisələrdə bizim mütəxəssislər tərəfindən ilkin monitorinqlər aparılıb”.

Xəbər lenti