Logo

AzTU ilə OSTİM Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

31.12.2020 14:00 714 baxış
IMG

Dekabrın 30-da Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

 

İmzalanma mərasimində filologiya elmləri doktoru, professor AMEA-nın birinci vitse-prezidenti, Humanitar və İctimai Elmlər bölmələrinin sədri, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Türkiyə Elmlər Akademiyasının prezidenti, professor Müzəffər Şəkəri, Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) sədri Serdar Çam, Türkiyə Maarif Fondunun sədri Birol Akgün, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil attaşesi Nəcibə Nəsibova, Dövlət Dil Komissiyasnın yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri və digər rəsmi şəxslər, həmçinin hər iki universitetin nümayəndələri iştirak edib.

 

Müqaviləni AzTU-nun rektoru, professor Vilayət Vəliyev və OSTİM Texniki Universitetinin rektoru Murat Yülek imzalayıb.

 

Sənədə əsasən, AzTU-da tədris olunan ingilis dili fənni üzrə OSTİM Texniki Universitetinin standartları, müvafiq tədris proqramları tətbiq olunacaq. OSTİM Texniki Universiteti tərəfindən təqdim olunan tədris proqramları tələbələrin dinləmə, yazma, oxuma bacarıqlarının inkişaf etdirilməsinə, həmçinin texniki terminologiyanın mənimsənilməsinə də imkan yaradacaq. Yeni standartların tətbiqi xarici dil fənninin tədrisinin 3 semestrə qədər artırılmasını təmin edəcək. Eyni zamanda bütün səviyyələr üzrə dərsliklərin alınması, aralıq və yekun qiymətləndirmə imtahanlarının keçirilməsi, kursun yekununda tələbələrə OSTİM Texniki Universitetinin sertifikatlarının verilməsi də nəzərdə tutulub. Qeyd edək ki, OSTİM Texniki Universitetinin mütəxəssisləri tərəfindən hazırlanan ingilis dili kitablarında QR. (Quick Response) kodu tətbiq olunub.

 

Çıxış edənlər AzTU-nun OSTİM Texniki Universiteti ilə bu əməkdaşlığının beynəlxalq təhsil sisteminə inteqrasiyası kimi dəyərləndirib. Bu əməkdaşlığın həm də eyni ortaq dəyərlərə malik qardaş ölkələrin tarixi birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəyi vurğulanıb.

Xəbər lenti