Logo

257 əcnəbi tələbəyə yardım edilib

31.12.2020 14:02 654 baxış
IMG

“Dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində tədbirlər görülüb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulmuş və lazımi tibbi ehtiyatlar yaradılıb”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib.

 

Onun sözlərinə görə, virusla mübarizə məqsədilə səhiyyə müəssisələrinə ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiya məhlulu alınıb:

 

“Karantin dövründə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan 3 955 nəfərə ərzaq payları, muxtar respublikada təhsil alan və pandemiyaya görə ölkələrinə gedə bilməyən 257 əcnəbi tələbəyə ərzaq və maddi yardım verilib, sosial qayğıya ehtiyacı olan 258 ailənin özünüməşğulluğu təmin olunub.

 

İşsiz kimi qeydiyyata alınan vətəndaşlara 190 manat birdəfəlik vəsait ödənilib, vergiödəyicisi kimi qeydiyyatda olan sahibkarlıq subyektlərinə 7 milyon 279 min manat maliyyə yardımı göstərilib”.

Xəbər lenti