Logo

BDU-da “Şuşa İli”nə həsr olunmuş ədəbi-bədii gecə

29.04.2022 15:18 583 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə “Şuşa ili” ilə əlaqədar tədbirlər silsiləsi çərçivəsində tanınmış yazıçı, Əməkdar mədəniyyət işçisi Mustafa Çəmənli ilə görüş keçirilib.

Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı 2020-ci ilin 27 sentyabrında başlayan və tarixi Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra azad olunmuş torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən, ölkəmizin qazandığı diplomatik qələbələrdən, tarixi Şuşa Bəyannaməsinin imzalanmasından bəhs edib. 2022-ci ilin ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şuşa İli” elan edilməsinin hər kəsdə böyük qürur və fəxarət hissi yaratdığını bildirib, yazıçı Mustafa Çəmənlinin yaradıcılığı barədə məlumat verib. Qeyd edib ki, Mustafa Çəmənli Şuşanın tarixi, görkəmli şəxsiyyətləri, ədəbi-mədəni mühiti ilə bağlı onlarla bədii, publisistik və tədqiqat əsərlərinin müəllifi, naşiri, redaktoru və tərtibçisidir.

Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Vaqif Yusifli, tənqidçi Nərgiz Cabbarlı, BDU-nun Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasova çıxış edərək Mustafa Çəmənlinin çoxşaxəli yaradıcılığından bəhs ediblər, xüsusilə tarixi romanlar müəllifi kimi tanınan ədibin əsərlərində Şuşa mühitinin yer aldığını diqqətə çatdırıblar.

Bədii hissə ilə davam edən tədbirdə Əməkdar artist Azad Şükürov Mustafa Çəmənlinin “Ləpirlər” hekayəsini səsləndirib, tələbələr Şuşaya həsr olunmuş musiqi nömrələri və şeirlər ifa ediblər.

Sonda Mustafa Çəmənli tədbirin keçirilməsinə şərait yaratdıqlarına görə BDU rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib, həmçinin BDU-nun yeni açılmış "Kitab Evi"nə kitablarını hədiyyə edib.

Xəbər lenti