Logo

Fitrə zəkatının məbləği nə qədər olmalıdır? - Deputat ŞƏRHİ

29.04.2022 15:46 609 baxış
IMG

"Ramazanda geniş müzakirə olunan mövzulardan biri də fitrə zəkatının məbləğidir. Hər bir şəxsin imkanından asılı olaraq bu məbləğ 5-15 AZN arası dəyişə bilər".

Tehsil.biz xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, bu, bilavasitə fitrə zəkatı verilən ərzağın dəyərindən asılıdır:

"Əgər siz fitrə zəkatını buğdanın qiyməti ilə hesablasanız məbləğ daha aşağı, xurma və ya düyü ilə hesablasanız, daha baha olacaq. Çünki hər üç ərzaq növü arasında qiymət fərqi var. Fitrə zəkatı ərzaqla verilməlidir, yoxsa ərzağın dəyərində pul da verilə bilər məsələsinə gəldikdə isə bəzi islam alimləri fitrə zəkatının mütləq ərzaqla verilməsinin vacibliyini vurğulayırlar".

Millət vəkili qeyd edib ki, müasir dövrün ehtiyaclarını nəzərə alaraq bir sıra islam alimləri ərzaq dəyərində pulun verilməsinin mümkünlüyünü bildirirlər:

"Hesab edirəm, günümüzün reallıqları nəzər alınaraq fitrə zəkatı pulla da verilə bilər. Fitrə zəkatı verilən insan nəyə ehtiyacının daha çox olduğunu bildiyi üçün həmin pulla özü istədiyi ərzaqı və ya başqa ehtiyacı olan əşyanı ala bilər. İmkanı olan hər bir şəxsin fitrə zəkatını verməsi vacibdir. Fitrə imkansız və kimsəsiz insanlara verilməlidir. Ramazanın sonuncu gününə, ən geci bayram namazına kimi fitrə zəkatı verilməlidir".

Fəqan Əzimli

Xəbər lenti