Logo

ADNSU-da Elmi şuranın növbəti iclası keçirilib

29.04.2022 17:19 687 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbəti iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda ADNSU-nun rektoru professor Mustafa Babanlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. ADNSU-nun fəaliyyətindən danışan rektor 2022-ci ilin sonuna qədər icrası planlaşdırılan layihələr - xarici dillər, informasiya texnologiyaları, kitab tərcümələri, qida təhlükəsizliyi laboratoriyaları, kitab evi, yeni ikili diplom, IELTS, APTIS, həmçinin həyata keçirilən layihələr haqqında məlumat verib. Hər bir layihə ilə bağlı görüləcək işlər və konkret hədəflər səsləndirilib.

Universitetin elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantların mövzularının təsdiqi, Elm və Təhsil Analitik Mərkəzinin işinin yenidən qurulması, fəaliyyəti, görülən işlər və qurumun konsepsiyası, elmi katib dosent Nərminə Əliyeva kvalifikasiya işləri, Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidənhazırlama İnstitutunun direktoru dosent Hamlet Hüseynov professor-müəllim heyətinin stajkeçməsi və ixtisasartırmanın təşkili haqqında ətraflı məlumat veriblər.

Eyni zamanda, “Rəqəmsal ADNSU: İnformasiya texnologiyaları departamentinin və idarəedici bölmələrin iş strukturunun yenidən qurulması”, “Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti”, “ADNSU-da informasiya texnologiyaları istiqamətində tədris olunan fənlərin sillabuslarının yenidən işlənilməsi” barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Xəbər lenti