Aprelin 29-daAzərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialından Dil- ədəbiyyat, pedaqoji elmlər və onların tədrisi texnologiyası və Təbiət və sosial elmlər, onların tədrisi texnologiyası kafedralarının birgə təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Şuşa - Qarabağın incisi” adlı elmi seminar təşkil olunub.
Tehsil.biz xəbər verir ki, seminarda filialın professor-müəllim heyəti və tələbələr iştirak edib.
Seminar Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Filialın direktoru dosent Xudayar Sultanlı seminarı açıq elan edərək bu il Qafqazın incisi olan Şuşa şəhərinin 270 illiyinin ölkə miqyasında geniş şəkildə qeyd olunduğunu diqqətə çatdırıb.
Daha sonra tədbirdə filialın baş müəllimləri Şöhrət Namazova “Qarabağın tarixi”, Tofiq İsgəndərov “Şuşanın ədəbi mədəni mühiti”mövzusunda məruzələrlə çıxış ediblər.
Seminar filialın tələbələri Ülkər Abdıyeva, Vüsalə Quliyeva,Rüqəyya Eminova, Zəhra Feyziyeva və başqalarının Şuşa haqqında şeirlər səsləndirilməsi ilə davam edib.
Sonda Şuşa haqqında videoçarx izlənilib.