Logo

“Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinin açılış mərasimi keçirilib - FOTO

29.04.2022 17:53 473 baxış
IMG

Aprelin 29-da “Süni intellekt və data elmi” intensiv təlim proqramı layihəsinin açılış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov hazırda süni intellektə olan ehtiyacdan söz açıb, eləcə də müasir dövrdə texnologiyaların əksəriyyətinin süni intellektlə bağlı olduğunu qeyd edib.

Data analitikasının əhəmiyyətindən danışan Firudin Qurbanov gələcəkdə uğurlu iş fəaliyyəti üçün süni intellektlə bağlı olan təlimlərin vacibliyini bildirib.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində təlim üçün qeydiyyatdan keçən 608 tələbədən mərhələli şəkildə imtahan və müsahibələr nəticəsində 40 tələbənin seçildiyini bildirib. Təlim layihəsinin vacibliyini qeyd edən Rüfət Əzizov hazırda bu kimi innovativ layihələrin davam etdiyindən danışıb.

Layihədə təlimçi qismində iştirak edən EHİM-in direktorunun müşaviri və Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə prezentasiya təqdim edərək müraciət edən tələbələr haqqında statistika, təlimin məqsədini qeyd edib.

Xəbər lenti