Logo

Serbiyada 22 məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub

30.04.2022 02:20 411 baxış
IMG

Serbiyada 22 məktəbdə bomba təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib.

Tehsil.biz AZƏRTAC-a istinadən xəbər verir ki, Serbiya Təhsil Nazirliyinin məlumatına görə, paytaxt Belqradda 20-dək məktəbdə bomba təhlükəsi ilə bağlı dərhal Daxili İşlər Nazirliyi və Təhlükəsizlik İnformasiya Agentliyinə məktub göndərilib. Məktəblər boşaldılıb, axtarışlara başlanılıb.

Serbiya Baş nazirinin müavini, təhsil, elm və texnoloji inkişaf naziri Branko Ruziç deyib ki, oxşar vəziyyət bir neçə gün əvvəl qonşu ölkə Monteneqroda da baş vermişdi. Polis axtarışları davam etdirir, təhlükəsiz təmin olunana qədər məktəblərə daxil olmaq qadağandır.

Xatırladaq ki, ötən günlərdə Monteneqronun müxtəlif regionlarındakı bir çox məktəb, həmçinin Nikşiç və Bar bələdiyyələri üçün də bomba xəbərdarlığı edilib.

Xəbər lenti