Logo

Azərbaycan nümayəndə heyəti Jazzahead beynəlxalq sərgi-festivalının rəhbərliyi ilə görüşüb - FOTO

30.04.2022 16:06 346 baxış
IMG

Aprelin 29-da Azərbaycan nümayəndə heyəti Almaniyanın Bremen şəhərində keçirilən Jazzahead beynəlxalq caz sərgi-festivalının bədii rəhbərləri və təşkilatçıları Piter Şults və Ulrix Bekerhof ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycandan caz musiqiçilərinin bu mötəbər beynəlxalq platformada daha geniş iştirakı imkanları, eləcə də ölkəmizin növbəti illərdən birində Jazzahead tərəfdaş ölkəsi seçilmək perspektivləri müzakirə olunub. Belə ki, tərəfdaş ölkə tədbir çərçivəsində nəinki caz, digər sahələrdə də (musiqi, rəqs, ədəbiyyat, təsviri sənət və s) öz mədəniyyət və incəsənətini nümayiş etdirmək imkanı qazanır. Bu il tərəfdaş ölkə kimi Kanada çıxış edir, növbəti il üçün isə seçilmiş namizəd Jazzahead 2022 sərgisinin bağlanış günü – aprelin 30-da ictimaiyyətə təqdim olunacaq.

Sərgi təşkilatçılarının sözlərinə görə, tərəfdaş ölkənin seçimində həmin ölkədə caz səhnəsinin dinamik və rəngarəng olması, dövlət tərəfindən bu sahəyə verilən önəm və maddi dəstək və s. faktorlar nəzərə alınır.

Hər ilin aprel ayında Bremen şəhərində keçirilən Jazzahead sərgi və festivalda 185 ölkə və 1000-ə yaxın musiqiçi iştirak edir, onlardan 40 müstəqil münsiflər heyəti tərəfindən seçilərək festivalın proqramına daxil edilir.

Qeyd edək ki, Azərbaycanın Jazzahead 2022 beynəlxalq sərgi-festivalında iştirakı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti