Logo

Ramazanın sonuncu gününün duası - İmsak və iftar vaxtı

30.04.2022 23:37 375 baxış
IMG

Sabah Ramazan ayının 30-cu, sonuncu günüdür.

Tehsil.biz xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 1-də imsak saat 04:07-də, iftar isə saat 19:50-dədir.

Ramazan ayının 30-cu gününün duası:

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.

Allah orucunuzu qəbul etsin!

Xəbər lenti