Logo

Rumıniyada təqaüd proqramı ilə təhsil almaq üçün sənəd qəbulu bu gün yekunlaşır

01.05.2022 09:23 381 baxış
IMG

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyinin 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan etdiyi təqaüd proqramına sənəd qəbulu yekunlaşır.

Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təqaüd proqramına müraciət mayın 1-i saat 23:59-dək davam edəcək.
Təqaüd proqramı “Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Ətraflı məlumat Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Xəbər lenti