Logo

ASAPES-in həndbolçu tələbələri ən yaxşılar arasında - FOTO

01.05.2022 11:33 473 baxış
IMG

Martın 20-dən aprelin 30-dək Şağan Olimpiya İdman Kompleksində keçirilən həndbol üzrə kişilər və qadınlar arasında XXVIII Azərbaycan çempionatı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiaysının (ASAPES) tələbələri uğurlu nəticələri ilə yadda qalıb. 

Tehsil.biz xəbər verir ki, Akademiyanın qadınlardan ibarət komandası uğurla çıxış edərək Azərbaycan çempionatını bürünc medalla başa vurub.

Ölkə çempionatında 4-cü olan kişilərdən ibarət komandanın üzvü Röyal Əliyev yarışın ən yaxşı həndbolçusu seçilib. Qadın həndbolçular arasında isə ASAPES-in 3-cü kurs tələbəsi, çempion olmuş “Azəryol” komandasının üzvü Kamila Bayramova ən yaxşı oyunçu adına layiq görülüb. 

Xəbər lenti