Logo

Ən iri mavi brilyant hərracda 57,5 milyon dollara satıldı - FOTO

01.05.2022 15:45 426 baxış
IMG

Honkonqda “Sotheby's” hərracında parlaq mavi brilyant adı açıqlanmayan bir alıcıya 450,9 milyon Honkonq dollarına (57,5 milyon dollar/97,7 milyon manat) satılıb.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, “The De Beers Blue” ləqəbi qoyulan 15,1 karatlıq (3,02 qram) qiymətli daş indiyə qədər hərraca çıxarılan ən böyük brilyantdır.

Brilyantın hazırlandığı 39,3 karatlıq almaz (7,86 qram)  2021-ci ilin aprelində CAR-ın şimal-şərqindəki “Cullinan” mədənində hasil edilib. İyul ayında ölkənin “Petra Diamonds” şirkəti qiymətli daşı 40 milyon dollardan (68 milyon manat) baha qiymətə “De Beers” və “Diacore” birgə müəssisəsinə satıb.

Mənbə: TASS (oxu.az)

Xəbər lenti