Logo

ASAPES-in komandası finala vəsiqə qazanıb

01.05.2022 18:50 610 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) futbol komandası ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən turnirdə uğurla çıxış edir.

Tehsil.biz xəbər verir ki, 16 komandanın iştirak etdiyi yarışın qrup mərhələsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 5:1, Azərbaycan Texniki Universitetinə 11:1, Milli Aviasiya Akademiyasına isə 8:0 hesabı ilə qalib gələn təmsilçilər 1/4 finalda Azərbaycan Kooperasiya Universitetinin tələbələrini 8:3 hesabı ilə məğlub ediblər.

Yarımfinal qarşılaşmasında komanda Azərbaycan Memarlıq və İnşaat Universitetinin futbolçularına 5:0 hesabı ilə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada rəqib Bakı Dövlət Universiteti olacaq.

Xəbər lenti