Logo

İlahiyyat İnstitutunun rektorundan Ramazan bayramı TƏBRİKİ - FOTO

01.05.2022 20:50 482 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinov Ramazan bayramı ilə əlaqədar institut heyətini təbrik edib.

Tehsil.biz xəbər verir ki, təbrikdə deyilir:

"Əziz dostlar, həmkarlar, dəyərli tələbələr,
Hər birinizi mərhəmət, həmrəylik və mənəvi saflığın rəmzi olan Mübarək Ramazan Bayramı münasibətilə təbrik edir, Allahdan ibadət və dualarınızın qəbul olunmasını diləyirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insan nəfsinin təmizlənməsi və mənəvi yüksəlişi, nöqsanların və mənfi əməllərin islahı, iman və iradənin möhkəmlənməsi üçün gözəl fürsətdir.

Ramazan ayı insanları ülvi niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir.
Artıq iki ildir ki, Ramazan bayramını qələbə əhval-ruhiyyəsi ilə qeyd edirik. Bu mübarək gündə bizə qələbəni bəxş edən şəhidlərimizin əziz ruhlarını rəhmətlə yad edir, qazilərimizə sağlamlıq arzulayıram.

Bayramınız mübarək!"

Xəbər lenti