Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Prezidentin Fərmanı ilə yaradılmış Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 50 000 manat vəsait köçürüb.
Qeyd edək ki, cəmiyyətdə cərəyan edən ictimai-sosial proseslərə həssas yanaşması ilə seçilən ADNSU bundan öncə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 80000 manat, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna isə əməkdaşların könüllü olaraq fərdi qaydada etdikləri ianələr də daxil olmaqla, ümumilikdə 200 000 manatdan artıq vəsait köçürüb.
Məlumat ADNSU-dan verilib.