Logo

MDU əməkdaşları Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

02.05.2022 18:31 391 baxış
IMG

2022-ci ilin 30 aprel tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər.

Tehsil.biz xəbər verir ki, ailə üzvləri ilə görüşlərdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran universitet əməkdaşları qəhrəman şəhidlərimizin tarixi zəfərin qazanılmasında mühüm pay sahibi olduqlarını qeyd edib və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiram hisslərini bildiriblər.

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi diqqət mərkəzində saxlanılır.

Xəbər lenti