Gəncə Şəhər İcra Hakimiyyəti və Türkiyənin Gəncədəki Baş Konsulluğunun rəsmilərinin iştirakı ilə Gəncə Uşaq Evində Ramazan bayramı qeyd olunub.
Tehsil.biz xəbər verir ki, bayram tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və xanımı Ayfer Öztürk iştirak ediblər.
Gəncə Uşaq Evinin sakinləri qonaqlar qarşısında çıxış ediblər. Onların ifasında müxtəlif şeir, musiqi və rəqs nömrələri, habelə kiçik səhnəciklər təqdim olunub.
Gəncə Şəhər İcra Hakimiyyəti və Türkiyənin Gəncədəki Baş Konsulluğunun təşəbbüsü ilə uşaq evinin sakinləri üçün bayram süfrəsi açılıb, onlara hədiyyələr təqdim olunub.