Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının (AKHA) təşkilatçılığı və Regional İnkişaf İctimai Birliyinin (RİİB) dəstəyi ilə AKHA-nın 70 könüllü həkim arsında Azərbaycan Tibb universitetinin həkimləri iştirak edib.
Tehsil.biz xəbər verir ki, həkimlər mədəniyyət beşiyimiz olan Şuşa şəhərinə səfər ediblər.
Səfər çərçivəsində Şuşanın qədim məhəllələrini, Cıdır düzünü, İsa bulağını və digər tarixi abidələrini ziyarət ediblər.
Qeyd edək ki, bu səfərdə iştirak edən ATU həkimləri könüllü olaraq Vətən müharibəsi dövründə hospitallarda işləyən və Azərbaycan regionlarında "Şəhid ailələri və qazilərin sağlamlığı" adlı layihədə çalışan həkim və tibb işçiləridir.