Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində oktyabrın 28-də keçiriləcək “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu aparılır.
Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.
Bildirilib ki, konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.
Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək medeniirs2022@gmail.сom elektron ünvana göndərilməlidir.
Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumat ADMİU-nun saytında yerləşdirilib.