Logo

Tərtər Rayon İcra Hakimiyyətinin başçısından tərtərlilərə bayram təbiriki

03.05.2022 13:15 1164 baxış
IMG

Əziz tərtərlilər!

Sizi müqəddəs Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. 

 Müqəddəs Qurani Kərimin nazil olduğu Ramazan ayı insanları birliyə, xeyirxahlığa, mərhəmətə çağırır. İnsanlar bu ay Allah qarşısında borclarını və vəzifələrini yerinə yetirir, nəfs üzərində qələbə sevincini yaşayırlar. 

 Tərtərlilər hər il olduğu kimi bu il də Ramazan bayramını sevinclə qarşılayır, dövlətimizin rifahı, vətənimizin bölünməzliyi üçün niyyət edir, şəhidlərimizin müqəddəs ruhuna dualar oxuyurlar. Ulu Tanrı oxuduğunuz duaları qəbul etsin.

 Bayram günlərində şəhid ailələrinə, aztəminatlı ailələrə yardımlar edilir, hər kəs çalışır ki, qonum-qonşuda tanıdıqları, imkanı olmayan hər kəsə kömək edib, əl tutsunlar, hamının evində ramazan süfrəsinə qoyacağı təamlar olsun. 

Bu bayram günündə bir daha Sizləri milli-mənəvi həmrəyliyi, bərabərliyi humanistliyi özündə əks etdirən Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ailənizə xoşbəxtlik, süfrələrinizə bol ruzi, firavan həyat  arzulayıram.Qəlbinizdən Allah sevgisi, mərhəmət, üzünüzdən gülüş əskik olmasın.

Bayramınız mübarək!

Xəbər lenti