Logo

Xalça Muzeyində növbəti mühazirə - “Xalça naxışları duyğularımda, fikirlərimdə və tədqiqatlarımda”

03.05.2022 16:51 407 baxış
IMG

Azərbaycan Milli Xalça Muzeyində “Xalça naxışları duyğularımda, fikirlərimdə və tədqiqatlarımda” adlı mühazirə keçirilib.

Muzeydən bildirilib ki, mühazirə Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun 55 illik yubileyi çərçivəsində onun həyat və çoxşaxəli yaradıcılığına həsr olunub.

M.Hüseynov xalça sənəti sahəsindəki yaradıcılığı, bu istiqamətdə apardığı araşdırmalar barədə iştirakçılar qarşısında çıxış edib.

Sənətkar mövzu ilə bağlı ona ünvanlanan sualları da cavablandırıb.

Xəbər lenti