Dövlət İmtahan Mərkəzi (DİM) Mayın 7-də keçiriləcək SAT imtahanı iştirakçılarına müraciət edib.
Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, SAT imtahanı 2022-ci il mayın 7-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq aşağıdakı tələb olunan sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya xarici pasport;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.