Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) "Bədən Tərbiyəsi və idman" ixtisası üzrə dördüncü kurs tələbələri voleybol idman növü üzrə məşqçilik təcrübəsi keçirlər.
Tehsil.biz xəbər verir ki, eyni ixtisasın üçüncü kurs tələbələri isə oyun praktikasını artırmaq məqsədilə sözügedən təcrübə prosesində iştirak ediblər.
Burada tələbələrə topun oyuna daxil edilməsi, ötürülməsi və qəbul edilməsi qaydaları izah edilib.