Dünya miqyasında statistik göstəricilərə görə məktəbəqədər təhsil müəssisələrinə və məktəbə getməyən 260 milyon uşaq mövcuddur.
Təcili surətdə bu problemin həlli yolları tapılmazsa təqribən 10 il ərzində 825 milyon uşaq elm və təhsildən məhrum olacaq.
Uşaqların təhsilsiz qalmalarının səbəbləri nədir?
Təhsil müəssisələrinə edilən hücumlar
Dünya miqyasında yüzlərlə məktəb hücuma məruz qalıb. Buna görə bir çox uşaq təhsilalmaq hüquqlarından məhrum olublar. Keçən il yayımlanan bir sənədə görə son beş ildə 34 ölkədə elm və təhsil məüssisələrinə on minlərlə hücum olunub.
The Global Coalition to Protect Education from Attack( Təhsili hücumlardan qorumaq üçün yaradılmış qlobal koalasiya) bu barədə açıqlama verib:
"Məktəb binaları bombalanır, silahlı qüvvətlər tərəfindən dağıdılır. Onlarla ölkədə 500-dən çox məktəbə hücum edilib.
30 ölkədə isə məktəblər hərbi məqsədlər üçün işğal edilib.
Qız şagirdlərinin qaçırılması və onlara təcavüz edilməsi onların məktəbə davam edə bilməmələrinə səbəb olan başlıca amillərdəndir.
Uşaqlardan işçi kimi istifadə edilməsi
5-17 yaş arasılığında olan 150 milyondan çox uşaq məcburi surətdə işlədilir, fiziki istismara sövq edilir.
Bu uşaqların təhsil həyatına müdaxilə ilə yanaşı, onların fiziki və psixoloji sağlamlıqlarına da ciddi zərbə vurur.
Fiziki istismara cəlb olunan uşaqlar tarla, zavod, mədənlərdə müxtəlif sahələr üzrə işləyirlər. Onların fasiləsiz olaraq saatlarla işləyir, ağır yüklər daşıyır, həşərat dərmanları kimi toksik maddələrə məruz qalırlar.
Uşaq evliliyi
Son 10 ildə 25 milyondan çox uşaq evliliyinin qarşısı alınıb. Bu böyük bir addım olsa da, hələ görüləcək çox işlər var. Çünki hər il 12 milyona yaxın qız uşağı 18 yaşından əvvəl evləndirilir. Bu evliliklər qız uşaqlarının həyatlarında sağlamlıq və karyera baxımından böyük problemlərə yol açır. Evliliyi çox vaxt qızlar üçün məktəbə getməkdən daha böyük bir qayə kimi baxırlar.
Əlilliyi olan uşaqlar
Əliliyi olan uşaqların məktəbə getməmək ehtimalları daha yüksəkdir.
Dünya miqyasında əlilliyi olan 100 milyon uşağın 80 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu ölkələrdə yaşayanların 40 faizi məktəbəqədər təhsil müəssisəsinə, 50 faizi məktəbə getmir.
Bundan əlavə özünü digər uşaqlardan fərqli dəyərsiz hiss edən minlərlə uşaq var.
Gender bərabərsizliyi
6 və 17 yaş arasındakı 130 milyon qız gender bərabərsizliyi səbəbindən məktəbə gedə bilmir. Qızların məktəbə gedə bilməmək ehtimalları oğlanlardan 4 qat çoxdur. Bəzi bölgələrdə yaşayan ailələr övladı sırf qız olduğu üçün məktəbə göndərməyi düzgün hesab etmirlər.
Dil
Ana dilində təhsil ala bilməyən milyonlarla uşağın məktəbi yarıda buraxmaq ehtimalları olduqca yüksəkdir.
500 milyona yaxın uşaq evdə ailələri ilə danışdıqları dildən fərqli dildə tədris görürlər.
İnkişaf edən ölkələrdə uşaqların məktəbə getmə və məktəbdə uğurlu olma ehtimalları tədrisin öz ana dillərində olması ilə artır.
Kasıblıq
Dünyanın bəzi bölgələrində dövlət məktəbləri yoxdur. Ödənişli özəl məktəblərə də yoxsul ailələr övladlarını göndərə bilmirlər.
Təmizlik
Dünyanın bir çox ölkələrində təmiz içməli su və əlverişli iqlim yoxdur.Yoxsul ölkələrdəki məktəblərin sadəcə 53-də içməli su var.
Şiddət
Təxminən 246 milyon qız və oğlan uşağı hər il məktəbdə təcavüzə məruz qalır.
Bu amillər uşaqların məktəbə getməməsinə, təhsildən geri qalmalarına səbəb olan əsas faktorlardandır.