Logo

“Yeni çağırışlar”da təhsildə qiymətləndirmə barədə danışılacaq

04.05.2022 16:29 394 baxış
IMG

Mayın 5-i saat 19:30-da “Yeni çağırışlar”müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Tehsil.biz xəbər verir ki, proqramın budəfəki qonağı London Universitet Kollecinin təhsilin qiymətləndirilməsi üzrə fəxri professoru, dünyada tanınan təhsil tədqiqatçısı və yazıçı Dilan Viliam olacaq. Tanınmış professor ilə təhsildə qiymətləndirmə barədə danışılacaq. 

Dilan Viliam London Kral Kollecinin təhsil fakültəsində dekan, London Universitetinin Təhsil İnstitutunda direktor müavini vəzifəsində çalışıb. Eləcə də Təhsilin Qiymətləndirilməsi Xidmətində Tədqiqat üzrə baş direktor işləyib. “Sinifdaxili formativ qiymətləndirmə strategiyaları”, “Müəllim hazırlığı üçün liderlik”, “Uşaqların ehtiyacı olan məktəb yaratmaq” və digər kitabların müəllifidir. 

Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network" platformasının təşkilatçılığı ilə davam edən proqram nazirliyin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

Xəbər lenti