Logo

Nazir müavini: "Regional idarələrin yaranması təhsil fəaliy­yətini vahid formata gətirəcək"

04.05.2022 23:04 416 baxış
IMG

"Regional idarələrin yaranması təhsil fəaliyyətini vahid formata gətirəcək".

"Report"un Muğan bürosunun məlumatına görə, bu sözləri təhsil nazirinin müavini İdris İsayev Şirvan-Salyan regional təhsil idarəsinin müdir təqdimatında deyib.

Təhsil nazirinin müavini regional idarələrin əsas məsuliyyətinin təhsilin keyfiyyətinin daha da yüksəlməsi olduğunu vurğulayıb:

Nazir müavini bu dəyişiklikdəki məqsədlərdən danışıb: “İndiyədək təhsilin yerlərdə idarə olunması müxtəlif qurumlar və təşkilatlar tərəfindən həyata keçirilirdi. Yerlərdə məktəbəqədər təhsil müəssisələrinin idarəetməsi və təşkili bir formatda, ümumtəhsil məktəbləri isə başqa bir formatda idi. Maliyyələşmə isə tamam başqa bir qurum tərəfindən aparılırdı. Bir sözlə, rayon təhsil şöbələri, ərazi maliyyə hesablaşma mərkəzləri, məktəbəqədər təhsili idarə edən qurumlar, o cümlədən də metodik kabinetlər dördü bir-biri ilə əlaqəli şəkildə işləmirdi. Regional idarələrin yaranması bizə imkan verəcək ki, bu müəssisələr arasında təhsil fəaliyyətini vahid formata gətirək, təhsildə idarəetmə və tənzimləmə funksiyalarını bir-birindən ayıraq".

İ.İsayev qeyd edib ki, bu gün təhsil mərkəzl­əşmiş şəkildə fəaliy­yət göstərir.

"Hər qurumun öz işini düzgün və vaxtında görməsi nəticəsində sistemli və keyfiyyətli təhsil mexanizminə nail ola bilərik. Bu mənada inanıram ki, regional təhsil idarələrinin qurulması yerlərdə vətəndaşların müraciətlərinə zamanında və düzgün baxılması, vətəndaşlara xidmət, eyni zamanda da digər yerli məsələlərin həllinə müsbət təsir edəcək”, - nazir müavini vurğulayıb.

Xəbər lenti